Bələdiyyələrin fəaliyyətində aşkarlanan ciddi qanun pozuntularının SAYI

  • Space TV
  • 25 Yanvar 2021 14:09

“İnzibati nəzarət icraatı qaydasında bələdiyyələrin fəaliyyətində aparılmış araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntusu aşkar edilib”.

Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov deyib.

O bildirib ki, toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib:

“Həmin materialların 10-u üzrə cinayət işi başlanılıb, digərlərinə isə baxılacaq”.

“Ötən il ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən, bələdiyyələrin 172 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokollar üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. Bu işlərdən 6-na xitam verilib, 28 protokol isə baxılmaqdadır”, – deyə R.Məmmədov qeyd edib.

Paylaş

 Xəbəriniz olsun