Bələdiyyə üzvü seçilən qadınların sayı açıqlandı – RƏSMİ

  • Space TV
  • 25 Dekabr 2019 15:23

Dekabrın 23-də keçirilən bələdiyyə seçkisində qalib gələn qadınların sayı 5882 nəfər təşkil edib.

 xəbər verir ki, bu haqda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən bu ilki bələdiyyə seçkisində seçilən qadınların sayı ümumi qalib gələn namizədlərin 38,81%-ni təşkil edib.

Seçilən kişilərin sayı isə 9272 nəfərdir. Əvvəlki seçkilərlə müqayisədə bu, Azərbaycan tarixində ilk belə göstəricidir.

Paylaş

 Xəbəriniz olsun