Bələdiyyə seçkilərinin vaxtı açıqlandı

  • SpaceTV
  • 18 Oktyabr 2019 19:09

Azərbaycanda bələdiyyə seçkilərinin tarixi açıqlanıb.

SPACE TV xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında məlumat verilib.

MSK sədri Məzahir Pənahov bu il bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab edib. Onun təklifi səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, bələdiyyələrin səlahiyyətləri onların ilk iclas günü başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır.

Paylaş

 Xəbəriniz olsun