Bələdiyyə seçkiləri

  • SpaceTV
  • 2 Dekabr 2019 17:34

Gəncə şəhər Baş Polis İdarəsində keçirilən seminarda Mərkəzi Seçki Komissiyasının, Daxili İşlər Nazirliyinin, o cümlədən şəhər və rayon polis şöbələrinin nümayəndələri və yerli Seçki Komissiyasıyaların rəhbərləri və məsul şəxsləri iştirak ediblər. Seminarda seçki qanunvericiliyi, seçki komisiyasıyalarının fəaliyyət sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının qarşılıqlı fəaliyyəti barədə müzakirələr aparılıb. Həmçinin vətəndaşların səsvermə hüququnun tam təminatı üçün  onların sənədlərinin qaydaya salınması yönündə daxili işlər orqanlarının qarşısında duran təxirəsalınmaz işlər, seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri və digər məsələlər müzakirə edilib.

Bəldiyyə seçkiləri ilə bağlı yerlərdəki maarifləndirici seminar və müşavirələr davam etdiriləcək.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun