Bələdiyyə seçkiləri uğurla başa çatıb

  • Space TV
  • 24 Dekabr 2019 15:11

Proses ölkənin bütün bölgələrini əhatə edib. Səhər saat 07:50 radələrindən etibarən  məntəqələr açılıb, 08:00-da isə seçimlər start götürüb.  Səsvermənin birinci hissəsi barədə kütləvi məlumat saat 10:00-da verilib. Seçicilərin təkrar səsvermədə iştirakının qarşısını almaq məqsədilə barmaqlarına gözəgörünməz mürəkkəb sürtülüb.Dairələr özlərində bir neçə məntəqəni birləşdirir. Çəkiliş apardığımız məntəqələrdə prosesin şahidi olduq.

Qeyd edək ki, seçimlər saat  19:00-dək davam edib. Səsvermə müddəti bitdikdən sonra məntəqələrin qapıları bağlanıb. Yaxın günlərdə yeni təyin edilən bələdiyyələrin siyahısı açıqlanacaqdır

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun