Bələdiyyə seçkiləri barədə VACİB MƏLUMAT

  • Space TV
  • 2 Yanvar 2020 13:11

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin yekunu haqqında dairə seçki komissiyalarının (DSK) protokolundakı məlumatlar sabahadək rəsmi dərc ediləcək.

SPACE TV xəbər verir ki, “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı”na əsasən, səsvermə günündən sonra 10 gün müddətində, yəni 2020-ci il yanvarın 3-dək seçkilərin yekunu haqqında dairə seçki komissiyalarının protokolundakı məlumatlar rəsmi dərc edilməlidir.

Paylaş

 Xəbəriniz olsun