Bələdiyyə seçkiləri

  • SpaceTV
  • 6 Dekabr 2019 17:28

Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsində, səsvermə günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində ictimai asayişin qorunması mühüm amillərdən biridir. Bu fikir seçkilərdə polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar MSK-nın, DİN-nin, eləcə də şəhər və rayon polis şöbəsinin nümayəndələri və  yerli komissiya rəhbərlərinin iştirakı ilə Şirvan şəhər polis şöbəsində keçirilən regional seminar-müşavirədə səsləndirilib. Seminar-müşavirədə  seçki qanunvericiliyi, seçki sistemi, səsvermə prosesi, onun mərhələləri və müddətləri, polis orqanları ilə seçki komissiyalarının qarşılıqlı fəaliyyəti, bu istiqamətdə görülmüş işlərin səmərəliliyi barədə müzakirələr aparılıb. Həmçinin seminarda seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri, seçkidən sonrakı dövrdə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi və digər məsələlərə toxunulub. Sonda seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun