Bədbəxt hadisə baş verib

  • SpaceTV
  • 23 Yanvar 2020 16:17

Ehtiyatsızlıq təssüf ki, yenə də ölümlə nəticələnib. Paytaxda tikintidə bədbəxt hadisə qeydə alınıb. Nizami  rayonu Heydər Əliyev prospekti-115 ünvanında  inşası  aparılan binada  “İKMA Servis MMC”tərəfindən lift quraşdırması zamanı həmin şirkətdə quraşdırıcı işləyən 22 yaşlı Musa Dəmirov  həyatını itirib

Hadisənin təfərratlarını öyrənmək üçün sözügedən ünvana yollandıq.Tikintinin mühafizəçiləri  ölüm hadisəsindən sonra rəhbərliyin dəfn yerinə  getdiyini bildirdilər.

Lift şirkətinin Şahin adlı rəhbəri ilə telefonla əlaqə saxladıq.O, Musa adlı işçisinin hansı səbəbdən dünyasını dəyişdiyini  hələlik bilmədiyini və bununla bağlı hər hansı açıqlama verə bilməyəcəyini dedi

Dövlət Əmək Müfəttişliyindən isə bildirildi ki, faktla bağlı müfəttişliyə məlumat daxil olub və hazırda hadisənin təfərrüatları barədə araşdırmalar  aparılır.

Artıq Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci,  əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olma  maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar aparılır.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun