BƏƏ-nin iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

  • SpaceTV
  • 8 Noyabr 2019 17:42

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan bin Said əl-Mansuri Azərbaycana səfər edəcək.

SPACE TV  xəbər verir ki, bu barədə Trend-ə BƏƏ-nin Azərbaycandakı səfirliyindən bildiriblər. Məlumata görə, nazirin rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan-BƏƏ” birgə ticarət forumunda iştirak edəcək. Forum isə noyabrın 11-13-də Bakıda keçiriləcək.

Qeyd edək ki, hazırda BƏƏ-nin 250-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir.

Paylaş

 Xəbəriniz olsun