BƏƏ ilə İsrail arasında birbaşa uçuşlar başlayır

  • Space TV
  • 4 Noyabr 2020 15:48

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə İsrail arasında birbaşa müntəzəm uçuşlar noyabrın 26-dan həyata keçiriləcək.

Spacetv.az “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə “Fly Dubai” şirkəti bildirib.

Şirkətin açıqlamasına görə, Dubay-Təl-Əviv xəttində (bir istiqamətdə) həftədə 14 uçuş həyata keçiriləcək.

Hələlik “Fly Dubai” İsrailə uçuşlar həyata keçiriləcək yeganə BƏƏ hava yolu şirkətidir.

Xatırladaq ki, 20 oktyabr tarixində iki ölkə arasında hava nəqliyyatı bağlantısı, vizasız rejim, sərmayələrin qorunması, elm və texnologiya əməkdaşlığına dair sənədlər imzalanmışdı. O cümlədən Ben Qurion Hava Limanından BƏƏ istiqamətində həftədə 28 müntəzəm uçuşun, habelə Ramon Hava Limanından Əbu-Dabi və Dubay hava limanlarında qeyri-məhdud sayda çarter uçuşlarının həyata keçirilməsi razılaşdırılıb.

Paylaş

 Xəbəriniz olsun