BƏƏ-də üç səmavi dinin ortaq məbədi açılacaq

  • Space TV
  • 9 Fevral 2021 10:39

Birləşmiş Ərəb Əmirliklərində üç səmavi dinin ortaq məbədi açılacaq.

TASS xəbər verir ki, bu barədə Əmirliyin Rusiyadakı səfiri Məhəmməd Əhməd Əl-Caber məlumat verib.

Səfir bildirib ki, “İbrahim ailəsinin evi” adlanacaq məbəd 2022-ci ildə istifadəyə veriləcək.

“Əbu-Dabidə açılacaq məbəd müsəlman, xristian və yəhudilərin ortaq məkanı olacaq. Məbəd fərqli inancları olan insanlar arasında dialoqu və anlayışı daha da möhkəmlədəcək”, – deyə diplomat qeyd edib.

Səfir onu da vurğulayıb ki, yaxın gələcəkdə “İbrahim ailəsinin evi” ölkəsinin tolerantlıq rəmzinə çevriləcək.

Paylaş

 Xəbəriniz olsun