Azyaşlıya işgəncə verildi – VİDEO

  • Space TV
  • 14 Sentyabr 2020 15:07

Sumqayıtda azyaşlı uşaq atalığı tərəfindən fiziki zorakılığa məruz qalıb. Ögey ata  isti bıçaqla  uşağın əllərini  dağlayıb. Space TV-nin xəbərinə görə, hadisə dünən səhər saatlarında Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində, “Yeni tikililər” adlanan ərazidəki  evlərin birində baş verib.

Hadisənin   görüntüləri  sosial şəbəkələrdə yayılıb.  Məsələ ictimailəşdikdən  dəsrhal  sonra  aidiyyatı  qurumların   nəzarətinə  götülüb. Ekspertlərin  sözlərinə  görə  bu kimi   hadisələr icimailəşərək qınaq  obyektinə  çevrilməlidir. Məhz  bu  hadisə  kimi.

Hadisənin  görüntülərini   azyaşlının qonşusu  lentə  alıb. Zərərçəkənin ailəsi  isə bu  hadisənin yalan olduğunu deyir.

Hadisəni  daha  ətraflı öyrənmək, kimin  haqlı, kimin  haqsız olduğunu aydınlaşdırmaq   üçün üz tutduq həmin unvana. Zərərçəkənin  nənəsi Həcər xanımla həmsöhbət olduq.  Həcər xanım  deyir  ki,   bu ilk  belə  hadisə  deyil.  Əvvəllər də  nəvəsi  bu  kimi işgəncələrə  məruz  qalıb. 

Azyaşlının anası Leyla Quliyeva  isə  həyat yoldaşının günahsız olduğunu və qonşuların fikirlərini böhtan adlandırıb. Azyaşlının anası qonşuları ilə aralarında ədavət olduğu üçün onlara şər atıldığını deyib.

Ögey atası tərəfindən işgəncəyə məruz qalan azyaşlı ilə   bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətinə götürülüb. Faktla bağlı Komitə tərəfindən operativ şəklidə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya müraciət olunub. Məsələnin araşdırılması və lazımi tədbirlərin həyata keçirilməsi istiqamətində iş aparılır. Qeyd edək ki, hazırda uşaq  valideyinlərinin yanındadır.

Lalə Ülviqızı, Fariz Şixəlizadə, Space TV

Paylaş

 Xəbəriniz olsun