Azyaşlını bədənindən “cin çıxararkən” döyüb öldürdülər

  • SpaceTV
  • 2 Dekabr 2019 11:15

Rusiyanın Ural vilayətində parkda uşaq meyiti tapılıb.

SPACE TV xəbər verir ki, araşdırma nəticəsində uşağın yaşadığı evdə “Bibliya” və qamçı olduğu bəlli olub və valideynləri “dini zəmində” qətl törətməkdə şübhəli bilinərək nəzarətə götürülüblər.

Məlumata görə, atası “bədənindəki cini qovmaq üçün” uşağın ağzını bağlayaraq onu qamçı ilə döyüb.

Daha sonra onlar uşağı “diriltmək” üçün “İsanın tələbələri” dini sektasının başçısı, 48 yaşlı Zemfira Qaynullinaya müraciət ediblər.

İstintaq zamanı Zemfira bunun üçün iki gün vaxt sərf etdiyini deyib. Daha sonra onlar uşağın meyitini parkda basdırıblar.

Hadisə ilə bağlı istintaq davam edir.

Paylaş

 Xəbəriniz olsun