Gecə saatlarında Abşeron rayonu Masazır qəsəbəsində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı minik avtomobili 9 yaşlı Samirə Əliyevanı vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Nurlan Piriyev Space