Azyaşlılar işgəncəyə məruz qalıblar

  • Space TV
  • 10 Dekabr 2019 11:23

SöhbətBakıda yaşayan Qulu və Hüseyn adlı qardaşlardan gedir. Anası onlar körpə ikən vəfat edib. Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Kazımov isə Nuranə adlı qadınla ailə qurub. Bundan sonra Nuranə adlı qadın uşaqlara müxtəlif işgəncələr verib. Bu barədə Nuranənin valideyinlərinə  azyaşlıların ata qohumları məlumat verib.

Bundan sonra azyaşlıların ana valideyinləri onları götürməyə gedib. Orda görtdükləri mənzərə isə olduqca dəhşətli olub.

Bundan sonra nənə və babası azyaşlıları götürüb evə gəlib. Azyaşlılar bildirib ki,  müxtəlif işgəncələrə məruz qalıb. “Nuranə çay içəndə qardaşım Qulu susuz olduğu üçün onun ağzına baxdı. O da isti çayı Qulunun üzünə atıb qardaşımın üzün yandırdı. Sonra da məni qaz dəmiri ilə döydü… ” – deyə balaca Hüseyn bildirib. Nuranə məftillə ayağından və boğazından asaraq, ona işgəncələr verib. 

Nuranəyə dedi ki, bizi döysün. Nuransə də dəmirlə bizi döydü. Sonra ipdən düşürüb əllərinizi stolun üstünə qoyub çoxlu vurdular. Qardaşım bərkdən qışqırdı. Bizi ördəklər olan hinə saldılar. Hər gecə orda qalırdıq. Qardaşımın əli şişmişdi. Mən Nuranəyə qardaşımın əlin göstərəndə o mənim əlimi isti çaydana salıb yandırdı. Sonra da sulux olan əlimi iynələdi…” , deyə azyaşlılar bildirib.  Uşaqların iddiasına görə, Nuranə adlı qadın uşaqlar ac olanda onların boğazına acı istiot töküb. Uşaqlar hazırda ana babasının yanındadırlar.  Hadisə ilə bağlı hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Azyaşlı uşaqların ataları və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalması faktı öz təsdiqini taparsa, həmin şəxslər nəinki valideyn hüququndan məhrum ediləcək, hətta onlar cinayət məsuliyyətinə də cəlb edilə bilərlər.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun