Gəncədəki hotellərin birində bədbəxt hadisə baş verib. Aztaşlı uşaq və onun əmisi eyvandan yıxılıblar
Space.TV- məlumat verir ki, Gəncəyə gəzməyə gələn və otellərin birində, üçüncü mərtəbədə qalan Bakı sakinlərinin başına bədbəxt hadisə gəlib. Otelin eyvanna çıxan 2016-cı il təvəllüdlü Əli Mehralıyev qəfildən eyvandan yıxılıb.
Bu zaman onu xilas etmək istəyən əmisi, 1979-cu il təvəllüdlü Aydın Mehralıyev də yıxılıb. Yaralılar Gəncə şəhər Mərkəzi Klinika Xəstəxanasına yerləşdirilib. Aydın Mehralıyevin vəziyyəti ağır qiymətləndirilir. O, açıq kəllə-beyin travması,beyin qanaxması və sol tərəfin çoxsaylı qabırğa sınığı alıb.
Uşaq isə yüngül xəsarət– başının yumşaq toxuma sıyrığı alıb. Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma başlanılıb.
Zakir Muradov – Gəncə