Azyaşlı Mehdiabadda evdən oğurluq etmək istədi, polis imkan vermədi

  • SpaceTV
  • 19 Oktyabr 2019 15:47

Oktyabrın 18-də Mehdiabad qəsəbəsi ərazisində qorunan mənzillərin birindən Abşeron RMİ-yə həyəcan siqnalı daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dərhal Rayon Mühafizə İdarəsinin əməkdaşları həmin ünvana gəlib.

Evdən oğurluğa cəhd göstərən qəsəbə sakini olan azyaşlı saxlanılaraq Mehdiabad PB-yə təhvil verilib.

Paylaş

 Xəbəriniz olsun