Space.TV -məlumat verir ki, səhər saatlarında Bakı Metropoliteninin “Neftçilər” stansiyasında təqribən 9-11 yaşlarında olan qız polislərə yaxınlaşaraq evdən qaçdığını deyib.
Uşaq ağlayaraq anasının onu döydüyünü və buna görə də evdən qaçdığını bildirib. Qız üçüncü sinifdə oxuduğunu, Masallı rayonundan olduqlarını, hazırda isə Bakıxanov qəsəbəsində qaldıqlarını bildirib.
Azyaşlı ağlayaraq evə getmək istəmədiyini, yaxınlarından heç kimin nömrəsini bilmədiyini deyib. O, iddia edir ki, ailəsi rayondan Bakıya yeni köçüb və bu balaca qız Bakıda yaşamaq istəmədiyi üçün evdən qaçıb. Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədlinin sözlərinə görə, polis hazırda həmin azyaşlının valideynlərini axtarır: