Azyaşlı binadan yıxılıb öldü

  • Space TV
  • 28 Avqust 2020 15:04

Ucar rayonunda azyaşlı binadan yıxılıb. Space TV-nin məlumatına  görə, hadisə saat 22 radələrində məcburi köçkünlərin məskunlaşdığı  yaşayış binasında baş verib. Əmisi evinə qonaq gedən və nəzarətsiz qalan 3 yaşlı Fərhan Qədimov 5-ci mərtəbədən yıxılaraq müxtəlif növ bədən xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Vəziyyəti ağır olduğundan oradan Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb.  Fərhad  Qədimovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.  

Vahid Fəxri, Space TV

Paylaş

 Xəbəriniz olsun