Azpetrol-daim inkişafa doğru

  • SpaceTV
  • 9 Dekabr 2019 17:52

“Azpetrol” şirkəti Şamaxı rayonunda özünün sayca 91-ci “Şamaxı-ASAN” yanacaqdoldurma məntəqəsinin açılışını edib.

Açılışda şirkətin Baş direktoru Ceyhun Məmmədov çıxış edib. “Azpetrol” un digər əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, “Şamaxı-ASAN” Yanacaq doldurma məntəqəsində həm də Elektromobillərin doldurulması cihazı da quraşdırılıb. Açılış mərasimindən sonra müştərilərə Şirkət tərəfindən müxtəlif hədiyyələr verilib.

Qeyd edək ki, bu “Azpetrol” şirkətinin sayca Şamaxı rayonunda 3-cü yanacaqdoldurma məntəqəsidir. Şirkət özünün yanacaqdoldurma məntəqələr şəbəkəsini daha da genişləndirmək niyyətindədir. Belə ki, “Azpetrol” şirkəti yaxın günlərdə növbəti Yanacaq doldurma məntəqəsini Kürdəmir rayonunda açacaq. Şirkət eyni zamanda Bakı şəhərinin Nizami rayonunda Yanacaq doldurma məntəqəsinin tikintisini də davam etdirir.

Vahid Fəxri SPACE TV

Paylaş

 Xəbəriniz olsun