AZAL Çinə bilet alan sərnişinlərə müraciət etdi

  • SpaceTV
  • 28 Yanvar 2020 12:48

Çindəki epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları”nın 28 mart 2020-ci il tarixinədək yerinə yetirilən reyslərinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara biləcəklər.

Bu barədə SPACE TV-a “Azərbaycan Hava Yolları”nın mətbuat xidmətinin məlumat verilib.

Qeyd edilib ki, aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə müştəri xidmətləri ilə [email protected] elektron poçt ünvanı və yaxud saytdakı əks əlaqə forması vasitəsilə əlaqə saxlamaq mümkündür:

Bildirilib ki, hər il fevral ayında “Azərbaycan Hava Yolları” Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırır.

Bu, qeyd olunan ölkədə bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur.

Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən etibarən yenidən fəaliyyətə başlayacaq.

Paylaş

 Xəbəriniz olsun