Azad Rəhimov Avropa birinciliyində uğur qazanan gənc şahmatçılarla görüşüb

  • SpaceTV
  • 27 Avqust 2019 11:06

Azərbaycan Gənclər və İdman Nazirliyində Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilmiş şahmat üzrə yeniyetmələr arasında şəxsi Avropa birinciliyində mükafatlar qazanmış Azərbaycan şahmatçıları, onların məşqçiləri və valideynləri ilə görüş keçirilib. 

Space TV görüşdə gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentləri Faiq Həsənovla Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Nazir gənc idmançıları ürəkdən təbrik edib, Azərbaycan şahmatının gələcək inkişafında onların hər birinin xüsusi rolu olduğunu vurğulayıb.

Nazir Azərbaycan dövləti və şəxsən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bütün Azərbaycan idmanına olduğu kimi, şahmata da xüsusi diqqət və qayğı göstərildiyini bildirib.

Görüşün sonunda A. Rəhimov Avropa birinciliyində mükafatlar qazanmış gənc şahmatçılara AGİN-in fəxri fərmanlarını və pul mükafatları təqdim edib.

Qeyd edək ki, Avropa birinciliyində şahmatçılarımız 2 qızıl, 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 5 medal əldə qazanıblar.

Paylaş

 Xəbəriniz olsun