Azad olunmuş torpaqlarımızda ilk yanğınsöndürmə əməliyyatı

  • Space TV
  • 6 Noyabr 2020 12:07

Noyabrın 5-də düşməndən azad edilmiş Füzuli şəhərində inzibati binanın yaxınlığında açıq sahədə məişət tullantıları yanıb.

FHN-dən Spacetv.az-a bildirilib ki, yanğın əraziyə dərhal cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən qısa müddətdə söndürülərək alovun inzibati binaya keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində 50 kv.m sahədə məişət tullantıları yanıb.

Qeyd edək ki, bu, FHN qüvvələrinin işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirdiyi ilk yanğınsöndürmə əməliyyatıdır.

Paylaş

 Xəbəriniz olsun