Azərtac tərəfdaşlarının sayını artırır

  • SpaceTV
  • 6 Sentyabr 2019 11:54

Azərtac və İsrailin Tazpit xəbər agentliyi informasiya mübadiləsi və media texnologiyalar sahəsində əməkdaşlığa başlayıb.

Azərtacın- ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Tazpit agentliyinin təsisçisi və icraçı direktoru Amotz Ayal  əlaqələrin qurulması və perspektivləri ətrafında geniş müzakirələr aparıblar. Görüşdə Azərbaycan və İsrail arasında sıx mədəni, tarixi əlaqələrin olduğu, ölkələrimizin hazırda bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyi bildirib.

Qeyd olunub ki, bütün bunlar informasiya sahəsində də tərəfdaşlıq üçün böyük imkanlar açır. 

İki agentlik arasında imzalanan Əməkdaşlıq barədə Anlaşma Memorandumu xəbər, foto və video materialların mübadiləsini, kadrların hazırlığı və media texnologiyaları sahəsində əməkdaşlığı nəzərdə tutur.

Paylaş

 Xəbəriniz olsun