“Azərsu” 5 milyon manatlıq 2 tenderə yekun vurub

  • Space TV
  • 7 Dekabr 2020 11:43

“Azərsu” ASC nasosların təmiri üçün ehtiyat hissələrinin (1), eləcə də dalma nasoslarının (2) satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

“Report” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Azelmaş” Elmi-Texniki Firması və “TP Trading” MMC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 4 231,6 və 925,816 min manat, ümumilikdə isə 5 157,4 min manat ödəniləcək.

Paylaş

 Xəbəriniz olsun