Azərsu 2,3 milyon manatlıq avadanlıq sifariş verib

  • Space TV
  • 17 Noyabr 2020 10:36

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti 2,3 milyon manata satınalma edib.

Spacetv.az-ın dövlət satınalmaları elektron portalından əldə etdiyi məlumata görə, bu istiqamətdə ASC “Interkabel” firması ilə müqavilə bağlanıb. 

Tender üzrə şirkətə elektrik sahəsi üçün lazım olan mal-material və avadanlıqların təmin edilməsi həvalə olunub.

Müqaviləyə əsasən, “Azərsu” ASC şirkətə 2 milyon 295 min 377 manat həcmində ödəniş edəcək. 

Paylaş

 Xəbəriniz olsun