“Azərpoçt” Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbuluna başlayıb

  • SpaceTV
  • 1 Oktyabr 2020 17:25

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC bütün poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbuluna başlayıb. 

Bu barədə Spacetv.az-a nazirlikdən bildirilib.

Məlumata görə, Fonda köçürülən vəsaitlərə görə xidmət haqqı nəzərdə tutulmayıb. Bu ödənişlərin ləğv imkanı isə yoxdur.

İanələr hüquqi şəxslər tərəfindən edildikdə sistemə təşkilatın VÖEN-i, fiziki şəxslər tərəfindən isə şəxsiyyət vəsiqəsinin nömrəsi daxil edilməklə icra olunur. 

Paylaş

 Xəbəriniz olsun