“Azərkosmos”un ixracdan gəlirləri 2% artıb

  • Space TV
  • 3 Noyabr 2020 12:07

Bu ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC 30 ölkəyə 30,9 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.

Spacetv.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac icmalı”na istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2% çoxdur.

Səhmdar cəmiyyətinin ixracdan gəlirləri onun ümumi gəlirlərinin 89%-ni təşkil edib.

Təkcə 2020-ci ilin sentyabr ayında isə “Azərkosmos” 11 ölkəyə 522 min ABŞ dolları dəyərində xidmət ixrac edib.

9 ay ərzində qurumun xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Böyük Britaniya, Fransa, Malayziya və BƏƏ olub.

Paylaş

 Xəbəriniz olsun