“Azərkosmos” kosmik sahəyə marağı olanları müsabiqəyə dəvət edir – FOTO

  • Space TV
  • 8 Dekabr 2020 16:12

“Azərkosmos” kosmik sahə marağı olan şəxsləri “IAC 2021” və “GLEX 2021” elm müsabiqələrinə iştirak etməyə dəvət edir.

“Azərkosmos” ASC-dən verilən məlumata görə, bu müsabiqələr iştirakçılara elmi işləri və ya məqalələri 2021-ci il Dubay şəhərində keçiriləcək 72-ci Beynəlxalq Astronavtika Konqresində (IAC 2021) və Sankt-Peterburq şəhərində baş tutacaq “Qlobal Kosmik Tədqiqat Konfransı”nda (GLEX 2021) təqdim etmək fürsəti verir.

“Azərkosmos” azərbaycanlı alimləri, elm adamlarını, o cümlədən tədqiqatçıları kosmik sahə üzrə öz elmi işlərini 2021-ci ildə keçiriləcək dünyanın ən böyük kosmik tədbiri olan 72-ci Beynəlxalq Astronavtika Konqresində nümayiş olunması üçün qeydiyyatdan keçirməyə dəvət edir.

Bütün elmi işlər ingilis dilində “Microsoft Word” sənədində yazılmalı və 28 fevral 2021-ci il tarixinə qədər Beynəlxalq Astronavtika Federasiyasına təqdim olunmalıdır. Elmi işlərinizi təqdim etmək və ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz.

Paylaş

 Xəbəriniz olsun