“Azərkosmos” “iSAT Africa” şirkəti ilə əməkdaşlığa başlayıb

  • Space TV
  • 14 Avqust 2020 17:54

“Azərkosmos” ASC Afrika və Yaxın Şərq regionunda  korporativ yayım, video və data xidmətləri təmin edən “iSAT Africa” şirkəti ilə əməkdaşlığa başlayıb. ASC-dən Spacetv.az-a verilən məlumata görə, əməkdaşlığa əsasən “iSAT Africa” şirkəti Afrikanın müxtəlif bölgələrində telekommunikasiyaya artan tələbatı “Azerscpace-2” peykinin resursları vasitəsilə təmin edəcək.

“iSAT Africa” “Azerspace-2” peykinin imkanlarından istifadə etməklə Afrika regionunun 90%-nə data xidmətləri ilə yanaşı, müxtəlif yerüstü peyk həlləri də təqdim edəcək.

Paylaş

 Xəbəriniz olsun