“Azərişıq” ASC Rus Borisi kəndində yenidənqurma işlərinə başladı – FOTO/VİDEO

  • SpaceTV
  • 16 Oktyabr 2020 14:46

“Azərişıq” ASC Goranboy Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində yerləşən Rus Borisi kəndində yenidənqurma işlərinə start verib. 

Spacetv.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

İlk dəfə 1949-cu ildə elektrik enerjisi ilə təchiz edilən Rus Borisi kəndinin hazırda 202 abonenti var. Yenidənqurma işləri görülməsi üçün əraziyə metal dayaqlar, kabellər, anker sıxaclar və s. mal-material göndərilib.

Rus Borisi kəndi 2004-cü ildə quraşdırılan 35/10 kV-lıq Gülüstan yarım stansiyasından qidalanır.

Paylaş

 Xəbəriniz olsun