Space TV – “Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumata əsasən bildirir ki, Bakı şəhərində mövcud qaz sayğaclarının kütləvi olaraq yeni nəsil smart-kart tipli sayğaclarla əvəzlənməsinə görə, “Azəriqaz” İstehsalat Birliyinin işçiləri qeyri-iş günlərində də xidmət göstərəcək.
.
Məlumatda bildirilir ki, abonentlərin sayının artamasına görə, müraciətləri operativ və qüsursuz şəkildə cavablandırmaq üçün “Azəriqaz” İstehsalat Birliyinin ixtisaslı kadrları şənbə və bazar günləri də daxil olmaqla fəaliyyət göstərəcək.
Onlar növbəli qrafiklə işləyəcək.
Qey edək ki, “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında, həm də Maştağa, Xırdalan və Mərdəkan xidmət sahələrində əsasən yeni nəsil smart kartların verilməsi istiqamətində operativ xidmət göstərəcəklər.