“Azəriqaz” 57 mənzil və 80 fərdi yaşayış evini istismara qəbul edib

  • SpaceTV
  • 3 Sentyabr 2019 11:24

Space TV -yə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib ki, son bir neçə günün statistikasına görə, Mənzil Tikinti Kooperativləri (MTK) üzrə 57 mənzil və 80 fərdi yaşayış evi müvafiq sənədləşdirmə aparmaqla istismara qəbul olunub.

Məlumatda bildirilir ki, 61 yeni abonentə kod, 152 abonentə kart açılıb, 67abonentlə təbii qazın verilişi üzrə müqavilə bağlanıb.

Bundan başqa, MTK-larda qazın verilməsi üçün 10 yeni ərizə qəbul olunub.

Paylaş

 Xəbəriniz olsun