Azəri-Çıraq-Günəşli layihəsi üzrə 2020-ci ilin üç rübündə 1,8 milyard dollar sərmayə qoyulub

  • Space TV
  • 16 Noyabr 2020 13:39

2020-ci ilin ilk üç rübü ərzində Azəri-Çıraq-Günəşli üzrə fəaliyyətlərə təxminən 399 milyon dollar əməliyyat məsrəfləri xərclənib.

“BP Azərbaycan”dan Spacetv.az-a verilən məlumata əsasən, əsaslı məsrəflərə isə 1 milyard 398 milyon dollardan çox vəsait sərf olunub.

Məlumatda qeyd olunub ki, müvafiq dövr ərzində “Azəri-Mərkəzi-Şərqi” layihəsi çərçivəsində platformanın üst modullarının və qazma modulunun inşası Bibiheybətdəki tikinti-quraşdırma sahəsində davam edib. Son əməliyyatlara, iri qurğuların qaldırılması proqramının başlanması, qazma qurğusunun sahəyə gətirilməsi, onun hər üç hissəsinin barjadan boşaldılması və sahənin tikinti thissəsinə yerləşdirilməsi daxildir. Hazırda qazma modulunun inşası davam edir.

Heydər Əliyev adına Dərin Özüllər Zavodunda dayaq blokunun payalarının inşası başa çatdırılmış, uğurla dənizə yola salınmış və platformanın dayaq blokunu qəbul etmək üçün dəniz dibində quraşdırılıb. Dayaq blokunun və sualtı qurğuların inşası davam edib.

2023-cü ildə “Azəri-Mərkəzi-Şərqi” layihəsindən ilk hasilatı əldə etmək  üçün həyata keçirilən mühəndis və tədarük işləri qrafikə uyğun davam edir.

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib) (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%). 

AÇG üzrə hasilatın pay bölgüsü haqqında sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

Paylaş

 Xəbəriniz olsun