“AzərGold” 78,3 milyon manat dəyərində müqavilə bağlayıb

  • SpaceTV
  • 19 Oktyabr 2020 14:57

“AzərGold” QSC-nin elan etdiyi tenderinin qalibi açıqlanıb.

Spacetv.az xəbər verir ki, Etender.gov.az-ın məlumatına əsasən, açıq tenderin qalibi “Star Mining” MMC olub və şirkət tərəfindən layihənin satınalınması üçün 78 milyon 328,1 min manat təklif edilib.  

Tender üzrə Çovdar Filiz Emalı sahəsində sulfid fazası üzrə üstaçma, həmçinin, mədənçıxarma, daşınma, eləcə də Ağyoxuş, Mərəh, Çovdar sahəsinin oksidli süxurlarının xırdalanması işləri şirkətə həvalə ediləcək.

Qeyd edək ki, “Star Mining” MMC şirkəti 2017-ci ildən dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyəti ilə məşğuldur.

Paylaş

 Xəbəriniz olsun