“AzərGold” 49 milyon manatlıq satınalma həyata keçirib

  • Space TV
  • 4 Noyabr 2020 13:34

“AzərGold” QSC 49 milyon manat dəyərində müqavilə bağlayıb.

Spacetv.az-ın dövlət satınalmaları portalından əldə etdiyi məlumata əsasən, “AzərGold” QSC 3 noyabr tarixində elan etdiyi açıq tenderə bu gün yekun vurub.

Belə ki, müqavilənin şərtlərinə əsasən, Ağyoxuş və Mərəh qızıl filizi mədənlərində mədən partlatma və Çovdar Filiz Emalı sahəsinə suxur daşıma işlərinin təmin olunması “Azəri Mining Group” MMC-yə həvalə olunub.

Tender üzrə, cari işlərin təmin edilməsinə 49 milyon 26 min 640 manat sərf olunacaq.

Paylaş

 Xəbəriniz olsun