“AZƏRENERJİ”dən yenilik: qəza avtomatik olaraq lokallaşdırılacaq

  • Space TV
  • 18 Avqust 2020 15:19

 “Azərenerji” modernləşmiş sistem yaradır.Yenilənmiş sistem sayəsində   baş verəcək qəza avtomatik olaraq lokallaşdırılacaq.  Space TV-nin xəbərinə görə, 2018-ci ildə enerji sistemində baş verən qəzanın bir daha təkrarlanmaması üçün “Azərenerji” qəza rejimlərinin məhdudlaşdırılması və tam ləğvini mümkün etmək üçün mikroprosessorlu rele mühafizəsi və modernləşdirilmiş yeni əks-qəza avtomatikası sistemi formalaşdırır.Yenilənmiş sistem sayəsində hansısa bir elektrik stansiyası, sistem əhəmiyyətli yarımstansiya və ya xətdə baş verəcək qəza avtomatik olaraq lokallaşdırılacaq və bununla da saniyədən də az müddətdə ümumi sistemi əhatə etməsinin qarşısı alınacaq.

Artıq layihələndirilən müasir mikroprosessorlu əks-qəza avtomatikası sistemi üçün xarici ölkələrdən gətirilən avadanlıqların hamısı quraşdırılıb .

Paylaş

 Xəbəriniz olsun