Azərbaycanlının idarə etdiyi yük maşını qəzaya düşdü: Ölən var

  • SpaceTV
  • 14 Noyabr 2019 13:26

Rusiya Federasiyasının Dağıstan Respublikasında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

SPACE TV  xəbər verir ki, Həştərxan-Mahaçqala magistralında qeydə alınan qəza zamanı “Kia Rio” markalı minik maşını əks yola çıxaraq, “Mercedes” markalı yük maşınına çırpılıb. 

Qəza nəticəsində minik avtomobilinin 32 yaşlı sürücüsü hadisə yerində ölüb. Yük maşınının 39 yaşlı Azərbaycan vətəndaşı tərəfindən idarə edildiyi bildirilib. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun