Azərbaycanlıların çox olduğu bu ölkədə vətəndaşlıq şərtləri asanlaşdırılır

  • Space TV
  • 7 Fevral 2020 16:14

Rusiya vətəndaşlığını almaq proseduru sadələşdiriləcək.

“Kommersant”ın məlumatına görə, hökumət tərəfindən “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanuna müvafiq dəyişikliklər hazırlanır.

Qeyd edək ki, 2019-cu ilin mart ayında RF Prezidenti Vladimir Putinin sərəncamı ilə Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyasını həyata keçirmək üçün qrup yaradılıb. Qrupun əsas məqsədi Rusiyaya mümkün qədər çox vətəndaş cəlb etməkdir.

Hökumətin Mətbuat Xidməti qarşıdakı dəyişikliklər barədə məlumatı təsdiqləyib. Söhbət “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanunun 13-cü maddəsinin birinci hissəsinin “q” bəndinin qüvvədən düşməsinin tanınmasından gedir. Bu maddəyə görə, Rusiya vətəndaşlığını alan əcnəbilər vətəndaşlıqdan imtina etməlidirlər.

Nazirlər Kabinetindən isə bildirilib ki, qanun layihəsi üzərində işlər yekunlaşır, yaxın vaxtlarda sənəd Prezident Administrasiyası ilə razılaşdırılaraq Dövlət Dumasına göndəriləcək.

Paylaş

 Xəbəriniz olsun