Azərbaycanlıları gətirəcək təyyarə Çinə yollandı

  • Space TV
  • 31 Yanvar 2020 14:49

Çinin Uhan əyalətində yeddi azərbaycanlı da daxil olmaqla 34 nəfəri təxliyyə edəcək təyyarə Çinə yollanıb.

Bu barədə “A Haber” xəbər yayıb.

Bildirilir ki, təyyarədə azərbaycanlılardan əlavə 34 türkiyəli, yeddi gürcü, bir alban da olacaq.

Qeyd edək ki, “Koca Yusuf” adlı hərbi təyyarə “Etimesgut” hərbi hava limanında tibbi avadanlıqlarla təchiz olunub. Təyyarədə pilotlar, tibb işçiləri və vətəndaşlara xüsusi geyimlər veriləcək. Təxliyyə olunan şəxslər 14 gün müddətində karantində saxlanılacaq.

Paylaş

 Xəbəriniz olsun