Azərbaycanlılar Gürcüstanda həmyerlilərini öldürüb Rusiyaya qaçdılar

  • SpaceTV
  • 14 Dekabr 2019 11:49

Rusiyanın Sankt-Peterburq şəhərində öz həmyerlilərini öldürən azərbaycanlıların məhkəməsi olacaq.

NEVNOV.RU-nun xəbərinə görə, 40 və 44 yaşları olan iki azərbaycanlı öz həmyerlilərini güllələyərək öldürüblər.

Gürcüstan ərazisində bir restoranın qarşısında sifarişlə qətl törədən şəxslər Gürcüstanı tərk edərək Rusiyaya qayıdıblar.

Onlar həm qətlə, həm də qanunsuz odlu silah gəzdirdiklərinə görə məhkəmədə cavab verəcəklər.

Paylaş

 Xəbəriniz olsun