Qonşu ölkədə ali təhsil alan, azərbaycanlı vətəndaş suda boğulub.
Zaqatala rayonu Əliabad qəsəbə sakini, 22 yaşlı gənc tələbə Şahin Sudabəy oğlu Əliyev ötən gün Gürcüstan ərazisində çimərkən suda boğularaq dünyasını dəyişib.
Tələbənin meyiti ötən gün axşam doğulduğu kəndə gətirilib. Onun bu gün dəfn ediləcəyi bildirilir.