Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi

  • SpaceTV
  • 14 Dekabr 2019 11:33

Türkiyənin İstanbul şəhərində keçirilən dünyaca məşhur “Best Model of The World – 2019” beynəlxalq model müsabiqəsinin final gecəsi baş tutub.

SPACE TV  xəbər verir ki, müsabiqənin milli və beynəlxalq direktoru Aqil Məmiyevin saytımıza verdiyi məlumata əsasən, 40 ölkədən yarışmaya qatılan bəy iştirakçılar arasında birinciliyi azərbaycanlı model Nuru Əhmədov qazanıb. “Best Model of the World”da ikinci yerə Belçika, üçüncü yerə isə Türkiyə təmsilçiləri çıxıb. Xanım iştirakçılar arasında isə, qalibiyyət türkiyəli model Derya Ekşioğluna verilib.

Həmçinin, azərbaycanlı iştirakçı, model Nigar Həsənzadə isə sözügedən yarışmada “Best Asia” tituluna layiq görülüb. Azərbaycan tərəfindən “Best Model of the World” müsabiqəsində yarışmanın milli və beynəlxalq direktoru Aqil Məmiyev, layihə direktoru Pərviz Əzimzadə, beynəlxalq müsabiqənin rəsmi qida məsləhətçisi isə həkim Dr. Azay Musayeva iştirak edib.

Qeyd edək ki, “Best Model of The World” müsabiqəsinin 12 il öncəki qalibi azərbaycanlı model Rüstəm Cəbrayılov olub.

Paylaş

 Xəbəriniz olsun