Azərbaycanlı investorlar Türkiyədə ada almaq istəyir

  • Space TV
  • 23 Dekabr 2019 11:01

Türkiyədə 467 milyon lirə dəyərində 4 ada və 1 yarımada internet üzərindən satışa çıxarılıb.

SPACE TV  türk mətbuatına istinadən xəbər verir ki, adalardan 3-ü və yarımada Egey və Aralıq dənizlərində, 1 ada isə Bursa şəhərindəki Uluabat gölündə yerləşir.

Artıq həmin daşınmaz əmlakları almaq istəyənlər var. Təkliflərlə çıxış edənlər yerli investorlarla yanaşı, Azərbaycan, İran, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən olan investorlardır.

Paylaş

 Xəbəriniz olsun