Azərbaycanlı hakim Gürcüstan çempionatının oyunlarında hakimlik edəcək

  • SpaceTV
  • 10 Dekabr 2019 12:28

Super kateqoriyalı güləş hakimimiz Asif Şirəliyev sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Gürcüstan ölkə çempionatına dördüncü dəfə rəsmi dəvət alıb.

SPACE TV  xəbər verir ki, güləş idman növündə Super (I-S) kateqoriyalı hakim Asif Şirəliyev dekabrın 13-dək Batumi şəhərində keçiriləcək Gürcüstan çempionatında ədalət təmsilçilərindən biri olacaq.

Qeyd edək ki, Asif Şirəliyev beynəlxalq hakimlik arenasında öz dəqiqlik və obyektivliyi ilə etimad qazanıb. Məhz bu səbəbdən Gürcüstan Güləş Federasiyası tərəfindən daxili çempionata dəvət alıb.

Paylaş

 Xəbəriniz olsun