Azərbaycanlı gənc ABŞ-da avtomobildə ölü tapıldı – Dəm qazından zəhərlənib

  • SpaceTV
  • 23 Aprel 2020 13:21

ABŞ-ın Florida ştatında yaşayan azərbaycanlı gənc Seymur Hüseynov dəm qazından zəhərlənərək dünyasını dəyişib.

SPACE TV xəbər verir ki, bu barədə “report”un xüsusi müxbirinə Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova məlumat verib.

O, Seymur Hüseynovun ölümünün Azərbaycan icmasına ağır itki olduğunu bildirib:

“Həmyerlimiz avtomobildə yuxuya gedərək dəm qazından zəhərlənib. Hazırda mərhumun nəşinin Vətənə, ailəsinə göndərmək üçün “GoFundMe” yardım fondundan dəstək gözləyirik. 2016-cı ildə Floridada vəfat edən bir soydaşımızın cənazəsini Azərbaycana göndərmək üçün qurulan bu fonda soydaşlarımızın köməyi ilə mütəmadi olaraq xeyli pul toplanır. Yığılan maddi vəsaitlə həm cənazəni yola salacağıq, həm də mərhumun ailəsinə yardım edəcəyik”.


Paylaş

 Xəbəriniz olsun