Azərbaycanlı futbolçunu Moskvada döydülər

  • Space TV
  • 6 Noyabr 2020 16:48

Azərbaycanlı futbolçu Alen Əsgərov Moskvada hücuma məruz qalıb.

Spacetv.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Hadisə “Rijskaya” metrosunun qarşısında baş verib.

Saranskın “Mordoviya” klubunun keçmiş oyunçusu qapalı kəllə-beyin travması və beyin sarsıntısı ilə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbətində Əsgərov ona hücum edənin kimliyini bildiyini desə də, onun adını verməkdən imtina etdib. O, eyni zamanda yazılı ifadə də verməyib.

Paylaş

 Xəbəriniz olsun