Azərbaycanlı futbolçu ABŞ-da matçın adamı seçildi

  • SpaceTV
  • 9 Mart 2020 16:39

Millimizin futbolçusu Rüfət Dadaşovun ABŞ-ın “Finiks Rayzinq” klubunda “Portlənd Timbers”in ikinci komandasına üç qol vurması onun matçın adamı (Man of the Match) seçilməsinə səbəb olub.

SPACE TV  xəbər verir ki, ABŞ-ın I divizionunun Qərb Konfransında keçirilən görüşdə “Finiks Rayzinq” 6:1 hesabı ilə qələbə qazanıb.

Millimizin üzvü 13, 24 və 65-ci dəqiqələrində üç qol vurub. Beləliklə, futbolçumuz çempionatdakı debüt matçında het-trikə imza atıb.

Yeri gəlmişkən, ABŞ I divizionunda 2019-cu ilin məşqçisi seçilmiş Rik Şants Rüfət Dadaşovun üç qol vurmasını belə şərh edib:

“Görünür, onun üçün hazırlıq matçları böyük məna kəsb etmir. Çünki hələ komandada qol hesabını açmamışdı. Bu oyunda isə əlinə düşən bütün imkanları qola çevirdi. Bilirik ki, Rüfət qol vura bilir. O, Solonun (komandanın qanalı kapitanı Solomon Asanteni nəzərdə tutur – red.) keçidlərinin sonunda bu imkanı əldə etdi”.

Qeyd edək ki, Rüfət Dadaşov həmin matçın 86-cı dəqiqəsində Anqola doğumlu, yeddi yaşınadək Rusiyada yaşamış Laqos Kunqa ilə əvəzlənib.

Paylaş

 Xəbəriniz olsun