Azərbaycanlı BMT-nin komitəsində yüksək vəzifəyə seçildi

  • Space TV
  • 16 Fevral 2021 10:32

Azərbaycanlı beynəlxalq komitəyə vitse-sədr seçilib.

Spacetv.az-ın məlumatına görə, Elgün Səfərov BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin (CEDAW) vitse-sədri (Vice-Chairperson) seçilib.

İlk dəfədir ki, azərbaycanlı sözügedən komitəyə vitse-sədr seçilir.

Qeyd edək ki, E.Səfərov hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri olaraq çalışır. 

Paylaş

 Xəbəriniz olsun