Azərbaycanlı alimlər kənd təsərrüfatında ilkə imza atıblar

  • SpaceTV
  • 28 Yanvar 2020 13:30

Azərbaycanlı alimlər kənd təsərrüfatında  ilkə imza atıblar.Bundan sonra yağıntılar  düşməsə belə dəmyə şəraitində becərilən əkin sahələrindən  yüksək məhsul əldə etmək mükün olacaq.Uzün müddətli aparılan təcürbələrdə məlum olub ki, yağıntılar olmadan sahələrə sialit adlı mineral verməklə torpaqda bitkilər üçün lazımı miqdarda rütubət yaratmaq mükündür.Bunun  hansı üsulla aparılmasından   ətraflı əməkdaşımız xəbər verəcək.

Video:Son illərdə Ekoloji amillərin  təsirində yağıntıların   qeyri-bərabər paylanması yerli mütəxəssiləri alternativ vastələr aparmağa sövq edib. Əkinçilik elmi-tədqiqat institunun alimlərinin  Qobustan bölgə təcürbə satansiyasında həyata keçirdikləri sınaqlarda sialitin bütün bitkilər üçün mühüm əhmiyyətini kəşf ediblər.

Sialalit mineralı torpağa şümdan öncə verilir və 3-5 il müddətində torpaqdakı nəmliliyi saxlamaq gücünüə malikdir.Bu da dəmyə şəraitində becərilən sahələrdən daha çox məhsul götürməyə imkan verir. Torpağa qatılmış Sialit yağış yağmasa belə havada olan rütübəti özünə çəkməklə bitki köklərinin suya olan təlabatını ödəyir. Noxud və taxıl üzərində Alimlərimizin apardıqları son təcürbələr gözlənilməz nəticələr verib.

Sialit su ilə yanaşı torpağa verilən gübrəni də özündə saxlayaraq bitki köklərini tədricən qidalandırır. Sialitdən əkinlərdə istifadə zamanı nəzərədə tutulmuş həddin aşılması sahələr üçün fəsadlar yaratmır.Çünki o torpağa düşdükdən  bir neçə il sonra tamamilə əriyir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun